Rusiya Ordusu özünü elan etmiş Donetsk Xalq Respublikasının (DXR) Novomixailovka qəsəbəsini tutub. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"Cənub Qüvvələr Qrupunun bölmələri uğurlu əməliyyatlar nəticəsində Novomixailovka qəsəbəsini tamamilə azad edib", - deyə məlumatda bildirilir. 

***10:33

Rusiya qoşunları özünü elan edən Donetsk Xalq Respublikasının (DXR) Boqdanovka kəndinə tam nəzarəti ələ keçirib. 

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi açıqlayıb. 

"“Cənub” qrupunun bölmələri Boqdanovka kəndini tamamilə azad edib", - məlumatda deyilir.

Müdafiə Nazirliyi əlavə edib ki, hərbçilər cəbhə xəttində də vəziyyəti yaxşılaşdıraraq Krasnoqorova kəndi ərazisində 53-cü mexanikləşdirilmiş briqadanın şəxsi heyətinə və texnikasına zərər vurub.

Ağarza Elçinoğlu