Polis əməkdaşları Xankəndi şəhərində tapança, avtomat və qumbaralar tapıblar.

Bu barədə "Unikal"a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində aprelin 20-də və 21-də Xankəndi şəhəri ərazisindən 13 ədəd müxtəlif markalı avtomat silahı, 23 qumbara, 2 qumbaraatan, 11 alışdırıcı, 68 patron darağı, 2780 ədəd müxtəlif çaplı patron, 7 ədəd süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.