Ermənistanın baş naziri Nikol Paşinyan əmin edib ki, hökumət Tavuş sakinlərinin tərəfindədir.

"Unikal" xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

"Sərhəd hardan keçirsə keçsin, bizim üçün vacib olan hüquqi bazadır, çünki həmin keçid məntəqəsi Ermənistanın suverenliyinin əsasını təşkil edir", - deyə Paşinyan qeyd edib. 

Baş nazir əlavə edib ki, yol problemi ilə üzləşə bilərlər, bunun üçün də yeni yol çəkiləcək: "Əgər məlum olarsa ki, hər hansı ev Ermənistanın sərhəd xəttində və ya sərhəd xəttindən kənarda yerləşir, bizim o insanları tək qoymağımız, onların yanında olmamağımız, arxasında olmamağımız mümkün deyil. Onlar həqiqətən də hökumətin onların tərəfində olduğunu hiss edirlər".

Ağarza Elçinoğlu