Qüdsün Yerusəlim şəhərində terror aktı törədilib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Qüdsdə iki ayrı-ayrı yerdə avtomobillə törədilən terror aktı nəticəsində 3 nəfər yaralanıb.

Belə ki, avtomobillərdən biri şəhərin mərkəzində insanlara atəş açıb. Digəri isə şəhər sakinlərinin üzərinə sürüb. 

İnsident müşahidə kameralarına anbaan əks olunub. Hadisədən sonra İsrail polisi hər iki şübhəlini saxlayıb.

Zərifə Nağıyeva