Xəbər verdiyimiz kimi, Qazaxın anklav olmayan 4 kəndinin Azərbaycana qaytarılması ilə bağlı razılıq əldə olunub. 

"Unikal" xəbər verir ki, 15 may tarixinə qədər Azərbaycana qaytarılacaq kəndlərimizdən biri də Əskipara kəndidir. 

Məlum olub ki, kilsə və ətraf ərazilər minalanıb. Hazırda ərazidə sakinlərlə polis arasında qarşıdurma yaşanır. Polis insanları minalanmış ərazidən uzaqlaşdırmağa çalışır. Eyni zamanda minaların zərərsizləşdirilməsi prosesi başlayıb. 

Həmçinin MTX-nin xüsusi təyinatlıları da əraziyə cəlb olunub. 

Ermənistan baş nazirinin müavini Mher Qriqoryan sözügedən kəndlərin rəhbərləri ilə İrəvanda görüşə razılıq verib.

Ağarza Elçinoğlu