"Ən uzunömürlü insanlar idman zallarına getmirlər, onlar daha çox gəzirlər, sağlam həyat tərzi keçirirlər". 

"Unikal" xəbər verir ki, bunu rusiyalı endokrinoloq Zuxra Pavlova deyib.

Onun sözlərinə görə, daha uzun və sağlam yaşamaq üçün stress səviyyənizi azaltmalısınız.

"Stress bir çox xəstəliklərlə əlaqəli olan xroniki iltihaba səbəb olur. Yemək zamanı süfrədən azacıq aclıq hissi ilə qalxmalı və həddindən artıq yeməməlisiniz". 

Mütəxəssis qida rasionuna daha çox bitki mənşəli zülal daxil etməyə çağırıb: lobya, soya və mərcimək.

"Bu, yüzilliklərin pəhrizinin mühüm tərkib hissəsidir. Ayda beş dəfədən çox olmayaraq ət yeməməliyik".