"Ermənistanın KTMT-dəki fəaliyyəti davam edir, məsələlər işçi qaydada həll olunur".

"Unikal" xəbər verir ki, bunu təşkilatın baş katibi İmanqali Tasmaqambetov deyib. 

O qeyd edib ki, Ermənistanın baş naziri Paşinyanın KTMT sammitində iştirakı və ya iştirak etməməsi ölkənin suveren seçimi olacaq.

"Rusiya sülhməramlılarının Qarabağdan çıxmasına gəlincə, hazırda Azərbaycanın ərazisi özünün təhlükəsizlik qüvvələrinə malikdir. Bakının Qarabağda təhlükəsizliyi təmin etmək üçün öz qüvvələri var. 

Düşünürəm ki, regionda sabitlik daha çox Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanması perspektivindən asılıdır", - deyə Tasmaqambetov açıqlayıb. 

Ağarza Elçinoğlu