Azərbaycan Rusiyanın böyük dostu, tərəfdaşı və müttəfiqidir.

"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.

"Ölkələr arasında əməkdaşlıq üçün böyük potensial var", - deyə o, vurğulayıb.

Bundan əlavə, Peskov qeyd edib ki, ikitərəfli münasibətləri inkişaf etdirmək üçün hər iki tərəfdə siyasi iradə var.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Rusiyada səfərdədir.  O,  səfər çərçivəsində Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Onlar cari regional problemlərə dair hərtərəfli fikir mübadiləsi aparacaqlar. Bundan əlavə, Putin və Əliyev Baykal-Amur magistralının tikintisinin veteranları ilə görüşəcəklər.

Gülayə Mecid