İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (15.04.2024 - 21.04.2024) açıqlanıb.

ANAMA-dan "Unikal"a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Qubadlı, Xocavənd, Cəbrayıl və Zəngilanda 12 piyada əleyhinə mina, 39 tank əleyhinə mina, 452 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1429,1 hektar ərazi mina və PHS-lərdən təmizlənib.