"İrəvan kiçik addımlarla Bakı ilə etimad mühiti yaratmaq istəyir və Tavuşda demarkasiya prosesi də bu məntiqə uyğundur". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın hakim "Mülki Müqavilə" fraksiyasının deputatı, dövlət-hüquq məsələləri daimi komissiyasının sədri Vladimir Vardanyan deyib. 

Onun sözlərinə görə, bəzi qüvvələr demarkasiya prosesinə mane olmağa çalışır: "Güvən kiçik addımlardan ibarətdir, yəni verdiyiniz vəd qarşı tərəf üçün nə qədər etibarlı olur və ya əksinə. Bəzi qüvvələr bu prosesə müdaxilə etməyə, onu dayandırmağa çalışırlar. Biz mütləq qarşılıqlı məqbul sərhədlərə malik olmalıyıq. Demarkasiya Sovet İttifaqının dağıldığı gün Ermənistan Sovet Sosialist Respublikasının inzibati sərhədləri əsas götürülməklə hüquqi cəhətdən əsaslandırılmış şəkildə aparılmalıdır". 

Ağarza Elçinoğlu