Moskvanın Zamoskvoretski Məhkəməsi  dayanacaq mübahisəsinə görə törədilən qətllə bağlı daha 3 nəfəri həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

Məhkəmə həmçinin istintaqın Nahid Hüseynov, Bəxtiyar Abbasov və Nizami Abbasovun da
 iyunun 18-dək həbsdə saxlanması barədə vəsatətinin təmin edilməsinə qərar verib.

XXX

17:03

Moskvanın Zamoskvoretski Məhkəməsi Şahin Abbasovu qətl ittihamı ilə həbs edib.

"Unikal" xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb. 

Məlumata görə, azərbaycanlı Moskvada dayanacaqla bağlı mübahisə etdiyi şəxsi öldürüb. 

"Abbasov Şahin barəsində iyunun 18-dək 1 ay 29 gün müddətinə həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı istintaqın vəsatəti təmin edilsin", - deyə hakim elan edib.

İclasda Abbasov qətlin qəsdən baş verdiyini bildirib. Vəkillər Abbasovun ev dustaqlığına buraxılmasını istəyiblər. İclasda müstəntiq bildirib ki, A.Abbasov qaçmaq istəyərkən istintaqı aparılacaq başqa cinayətlər də törədib.

Ağarza Elçinoğlu