Ukrayna konsulluqları kişilərə xidmət göstərməyi dayandıracaq.

"Unikal" xəbər verir ki, bu barədə Ukrayna KİV məlumat yayıb. 

Qeyd olunub ki, Volodimir Zelenskinin imzaladığı səfərbərlik haqqında yeni qanun layihəsi təkcə Ukrayna sakinlərinə təsir göstərməyəcək: "Əhəmiyyətli dəyişikliklər xaricdəki ukraynalılara təsir edəcək - kişilər konsulluqlardan demək olar ki, bütün xidmətləri almağı dayandıracaqlar". 

Ukraynalılar üçün konsulluq xidmətlərinin dayandırılması aprelin 23-dən qüvvəyə minəcək və səfərbərlik haqqında qanuna rəsmi aydınlıq gətirilənə qədər davam edəcək.

Artıq bəzi qurumlar hərbi xidmət keçməli olan şəxslərin sənədlərini qəbul etmir. Məsələn, Ukraynanın Polşadakı konsulluğu Xarici İşlər Nazirliyindən göstəriş almayana qədər hərbi yaşda olan kişilərə xidmət göstərmir.

Ağarza Elçinoğlu