Cənubi Koreyanın Çanqvon Rayon Məhkəməsi 20 yaşlı gənci 76 pişiyi öldürdüyünə görə 14 ay həbs cəzasına məhkum edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, kişi 2022-ci ilin dekabrından 2023-cü ilin sentyabrına qədər nifrətlə heyvanları öldürməyə başlayıb.  

Sahibsiz heyvanların bir qisminin tutulduğu, digərlərinin isə internet reklamları vasitəsilə tapıldığı bildirilir. O, ya pişikləri boğub, ya da qayçı ilə yarıb.