Türkiyədə rəsmi səfərdə olan Almaniya prezidenti Frank Valter Ştaynmayer İstanbulda dönər kəsib.

"Unikal" xəbər verir ki, prezident kəsdiyi dönərləri Almaniya səfirliyi yaxınlığında qonaqlara təqdim edib. 

"Almaniyada dönərdən daha çox satılan, daha çox yeyilən və hətta ixrac edilən heç bir fast food yeməyi yoxdur. Dönər artıq Almaniyanın milli yeməyinə çevrilib", - deyə Ştaynmayer bildirib. 

Seymur Əli