Mingəçevirdə 10 yaşlı məktəblini maşın vurub.

"Unikal"ın məlumatına görə, hadisə 1 saylı Orta Məktəbin qarşısında baş verib.

Avtomobil  2014-cü il təvəllüdlü məktəbli Ağakazım Sadıqovu vuraraq ona xəsarət yetirib. Yaralı piyada xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Ehtiram Muradov