Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Nazim Bəydəmirlinin məhkəmə prosesinin hazırlıq iclası keçirilib.

"Unikal"ın məlumatına görə, hakim Nazim Bəydəmirlinin anket məlumatlarını dəqiqləşdirib. Təqsirləndirilənin vəkili Aqil Layıc hakimə məhkəmə prosesində jurnalistlərin iştirakını vacib hesab etdiyini bildirib. Vəkili Nazim Bəydəmirlinin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət verib.

Qeyd edək ki, cinayət işində 2 nəfər zərərçəkmiş qismində tanınıb.

Xatırladaq ki, eks-deputat ötən ilin iyulunda həbs olunub.

İttihama görə, bir nəfər vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək 50 min manat pul tələb etdiyini deyib. O, bu il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Bəydəmirliyə qarşı ilkin olaraq Cinayət Məcəlləsinin 182.2.2–ci (hədə-qorxu ilə tələbetmə-təkrar törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Azər İsrafilov