İsa Qəmbər Müsavat Partiyasının başqanlığına namizəd olub.

"Unikal" xəbər verir ki, bu barədə Müsavat Partiyası məlumat yayıb.

Bundan əvvəl başqan postuna partiyanın vəkili, Müsavat başqanının müavini, Divan üzvü Osman Kazımov və Müsavat Səbail təşkilatının üzvü Natiq Ulubəy namizəd olublar.

Qeyd edək ki, Müsavat Partiyasının XI qurultayı mayın 4-də Suraxanı rayonu, Əmircan qəsəbəsi, Səttar Bəhlulzadə adına Mədəniyyət Evində keçiriləcək.