İmişlidə yol-nəqliyyat hadisəsi baş verib. Minik avtomobillərinin toqquşması nəticəsində 4 nəfər xəsarət alıb.

"Unikal" xəbər verir ki, yol qəzası saat 22 radələrində İmişli şəhəri Nəcməddin Savalanov küçəsində qeydə alınıb. Hadisə zamanı xəsarət alanlar İmişli rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.