İsrail ordusu İordan çayının qərb sahilində fələstinlilərin evlərinə basqın edib. 

"Unikal" xarici KİV-ə istinadən verir ki, Nablusun şərq hissəsində Əskər əl-Kədim qaçqın düşərgəsinə edilən basqın zamanı fələstinlilərlə İsrail əsgərləri arasında toqquşma baş verib. İsrail əsgərləri axtarışda olan bəzi şəxsləri təhvil verməsələr, sakinlərin evlərini sökəcəklərini bildiriblər.

Bundan sonra bir sıra fələstinlilər tutulub. Saxlanılanların sayı ilə bağlı məlumat verilmir.

Zərifə Nağıyeva