Binəqədi rayonunun Biləcəri qəsəbəsi, 5035 məhəllədə qaz xəttinin yerinin dəyişdirilməsi, DSK yolu adlanan ərazidə yeraltı qaz xəttində aşkar olunmuş sızmanın “Təmiz Qaz” QSC tərəfindən ləğv edilməsi və Sulutəpə qəsəbəsində qaz xətlərinin yerinin dəyişdirilməsi, qaz təchizatı şəbəkəsində deformasiyaya uğramış müxtəlif diametrli xətlərin təmiri, həmçinin "Zaqatala" QPS-də qaz tənzimləyicidən əvvəl qaz xətti üzərində təmizləyici filtirin quraşdırılması ilə əlaqədar 01.05.2024-cü il saat 10:00-dan “Biləcəri (Sulutəpə)", “(Sulutəpə)Çiçək”, “BMSK” və “Biləcəri Mədən” ölçü qovşaqlarından və "Zaqatala" QPS-dən qaz təchizatının dayandırılması planlaşdırılır.

Bu barədə “Unikal”a “Azəriqaz”dan bildirilib.

Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Binəqədi rayonunun (DSK yolu və Çiçək yaşayış massivi, Sulutəpə, Xocahəsən, Biləcəri, Binəqədi qəsəbələri) və Zaqatala rayonunun (Zaqatala şəhəri və Aşağı Tala, Yuxarı Tala, Muxax, Zəyəm, Car, Zilban, Kebeloba, Çökək və Göyəm kəndləri) bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.