Bakının bir sıra yollarında tıxac yaranıb.

"Unikal" xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb.

Hal-hazırda yollardakı vəziyyət:

1. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti  istiqamətində;

2. Əbdülvahab Salamzadə küçəsi, "Qələbə" dairəsi istiqamətində;

3. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

4. Üzeyir Hacıbəyli küçəsi, Cavanşir körpüsündən Azadlıq prospekti ilə kəsişməyə qədər;

5. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

6. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

7. Tbilisi prospekti, İzmir küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

8. Yusif Səfərov küçəsi, Heydər Əliyev prospekti istiqamətində;

9. Mikayıl Useynov prospekti, Bayraq Meydanının qarşısından "Azneft" dairəsi istiqamətində;

10. Zərifə Əliyeva küçəsində;

11. Neftçilər prospekti, "Azneft" dairəsi istiqamətində;

12. Ziya Bünyadov prospekti, Əbdülvahab Salamzadə küçəsi ilə kəsişmədən Əhməd Rəcəbli küçəsi istiqamətində;

13. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində sıxlıq müşahidə olunur.