Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda neft məhsullarının tullantıları olan gölməçədə kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

Həyata keçirilən tədbirlər nəticəsində meyit gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.