Çinin cənubundakı Quandun əyalətində avtomobil yolunun çökməsi nəticəsində ölənlərin sayı 48-ə çatıb.

"Unikal" xəbər verir ki, Quanqdonq əyalətinin dağlıq hissəsində bir ay davam edən güclü yağışlardan sonra çökmə baş verib.

***08:49

Çinin cənubundakı Quanqdonq əyalətində yüksək sürətli magistralın bir hissəsinin uçması nəticəsində ölənlərin sayı 36-ya çatıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, dağıntılar altından tapılan avtomobillərin sayı da artıb. Bu günə kimi xilasedicilər 23 avtomobil tapıblar.

Xatırladaq ki, faciə mayın 1-nə keçən gecə Meyçjou şəhərində baş verib. Sahəsi 184,3 kvadratmetr olan hissə dağılıb. İlkin olaraq dağıntılar altında 18 avtomobilin olduğu və 19 nəfərin öldüyü bildirilirdi. Daha sonra ölənlərin sayı 24-ə çatıb.

Xilasetmə əməliyyatı davam edir. Yerli mətbuatın məlumatına görə, zərərçəkənlərin müalicəsinə ən yaxşı həkimlər cəlb olunub. Dağılmanın səbəbləri hələlik açıqlanmayıb.

Gülayə Mecid