Filippin Xarici İşlər Nazirliyi Pekinin Cənubi Çin dənizindəki mübahisəli Skarboro rifində Filippin gəmilərinə qarşı su şırnaqlarından istifadə etməsinə etiraz etmək üçün Çin səfirini çağırıb.

"Unikal" xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb. 

Bildirilir ki, Filippin Çin sahil mühafizəsi və dəniz milislərinin balıqçı gəmilərinə qarşı təhlükəli manevrləri və digər aqressiv hərəkətlərinə etiraz edir. 

Aprelin 30-da Çin sahil mühafizə gəmiləri Filippin Sahil Mühafizəsinin patrul gəmisi BRP Bagacay-a qarşı su şırnaqlarından istifadə edib. Məlumata görə, Filippin gəmisi Skarboro rifinə doğru gedirmiş.