Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.

"Unikal" xəbər verir ki, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının iclasında qəbul edilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin 8 aprel tarixli sərəncamı ilə Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilib.

Konstitusiyanın 89-cu maddəsinin 4-cü hissəsinə əsasən, Milli Məclisinin deputatı dövlət orqanlarında vəzifə tutduqda mandatından məhrum olunur.