Türkiyə İsraillə ixrac-idxal əməliyyatlarını tamamilə dayandırıb.

"Unikal" xəbər evrir ki, bu barədə TürkiyəninTicarət Nazirliyi məlumat yayıb.

“Dövlət səviyyəsində görülən tədbirlərin ikinci mərhələsinin həyata keçirilməsinə başlanılıb, bütün mal qrupları üzrə İsraillə ixrac-idxal əməliyyatları dayandırılıb”, - deyə Türkiyə Ticarət Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd edilib ki, bu qərar İsrail hökumətinin Qəzzaya fasiləsiz humanitar yardıma icazə verəcəyi müddətə qədər qüvvədə olacaq. 

*** 20:25

Bu gündən etibarən Türkiyə İsraillə bütün idxal və ixracat əlaqələrini dayandırıb.

“Unikal” xəbər verir ki, bu barədə Bloomberg türk rəsmisinə istinadən məlumat yayıb. Lakin Türkiyə tərəfi hələlik bu qərarı rəsmi açıqlamayıb. Agentliyin açıqlamasında qərarla bağlı əlavə təfərrüatlar verilməyib.

Daha əvvəl prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin Qəzza zolağına hücumlarına görə İsraillə aktiv ticarət əlaqələrini saxlamamaq qərarına gəldiyini bildirmişdi. Onun sözlərinə görə, İsrailin baş naziri Benyamin Netanyahu bütün Yaxın Şərq regionunun təhlükəsizliyini təhdid edir.