Rusiya Ukraynada daha “aqressiv taktika”ya əl atacaq.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu proqnozu ABŞ Milli Kəşfiyyatının direktoru Avril Heyns verib.

Heyns deyib ki, Rusiya Kiyevin silah və qoşun toplamasının qarşısını almaq, müdafiə istehsalını ləngitmək və onu danışıqlara getməyə məcbur etmək üçün Ukrayna infrastrukturuna hücumları gücləndirib:

“Putinin Ukraynaya qarşı getdikcə daha aqressiv taktikaları, məsələn, Ukraynanın elektrik infrastrukturuna hücumları Kiyevi razı salmaq məqsədi daşıyır", - deyə Heyns bildirib. 

ABŞ-nin Milli Kəşfiyyat direktoru deyib ki, “müharibənin davam etdirilməsi Ukraynaya yalnız zərəri artıracaq və bu, qələbəyə heç bir inandırıcı yol təklif etmir”.

Heyns qeyd edib ki, bu "aqressiv taktika"ların davam edəcəyi ehtimalı var və "müharibənin tezliklə bitməsi ehtimalı azdır".