Yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə 20 km/saat endirilən sürət həddi bərpa olunaraq, əvvəlki vəziyyətinə qaytarılıb.

Bu barədə "Unikal"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

***23:12 (03.05.2024)

Hazırda müşahidə edilən yağıntılı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bəzi zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib.

Bu barədə "Unikal"a Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) bildirilib.

Qeyd edilib ki, eyni zamanda məlumat sürət tablolarında “sürüşkən yol” işarəsi qoyulub.