Müsavat Partiyasının XI qurultayı keçirilir.

"Unikal" xəbər verir ki, Müsavat Partiyasının başqanlığına yeganə namizəd İsa Qəmbərdir.

Daha əvvəl partiya başqanının müavini, Divan üzvü Osman Kazımov və partiyanın Səbail təşkilatının üzvü Natiq Mehdi də Müsavat başqanlığına namizədliklərini irəli sürsələr də, sonradan hər ikisi İsa Qəmbərin xeyrinə namizədliklərini geri götürüb.

Qeyd edək ki, İsa Qəmbər 10 il sonra yenidən namizədliyini irəli sürüb.