Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutma aradan qaldırılıb.

"Unikal" xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş”in təsdiq edilməsi barədə” qanunu təsdqləyib.