Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi ilə əlaqədar xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

"Unikal" xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Nissan” markalı minik avtomobili dərəyə aşıb, 2 nəfər dərədə köməksiz vəziyyətdə qalıb.

Həyata keçirilən xilasetmə tədbirləri nəticəsində 1 nəfər yaralı vəziyyətdə və 1 nəfərin meyiti dərədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

***20:50

Şəmkirdə ağır yol qəzasında ölən və xəsarət alanların kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, hadisə nəticəsində 2007-ci il təvəllüdlü İlkin Rzayev dünyasını dəyişib.

1986-cı il təvəllüdlü Həbib Rzayev, 1995-ci il təvəllüdlü Məhəmməd Həsənov, 2021- ci il təvəllüdlü Sədaqət Həsənova və 1987-ci il təvəllüdlü Samir Salahov müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.

***19:49

Şəmkirdə ağır yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal"ın məlumatına görə, hadisə rayonun  Yasamal adlanan  ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan minik maşını idarəetmədən çıxaraq dərəyə aşıb. Qəza zamanı 1 nəfər ölüb, 3 nəfər isə xəsaərt alıb.

Hadisə yerinə FHN-nin xilasediciləri və təcili tibbi yardım birqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov