Gürcüstanın qərbində Kutaisi-Tsxaltubo avtomobil magistralında ağır yol qəzası baş verib.

"Unikal" xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, qəza nəticəsində 2 nəfər ölüb, 7 nəfər yaralanıb. Belə ki, minik avtomobili əvvəlcə digər iki avtomobillə toqquşub, sonra alışaraq yanıb.

Hadisə yerinə polis və təcili yardım qrupları cəlb olunub. Xəstəxanaya yerləşdirilən şəxslərdən ikisinin vəziyyəti ağırdır.