Daxili İşlər Nazirliyi (DİN) valideynlərə müraciət ünvanlayıb.

"Unikal" xəbər verir ki, müraciətdə deyilir: 

"Övladlarınızın internetdə təhlükəsizliyini təmin etmək üçün yalnız sizin nəzarətiniz altında internetdən istifadəsinə icazə verin. Uşaqlarınızın internetdə oynadıqları oyunlar haqda məlumatlı olun.

Şifrə olaraq, mürəkkəb şifrə seçməkdə uşaqlara yaxından kömək edin".