"Əl-Cəzirə"ni bağlamaq qərarına gələn İsrail hakimiyyəti telekanalın Qüdsdəki ofisinə basqın edib.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hökumətin qəbul etdiyi qərara əsasən, görüləcək tədbirlər arasında kanalın İsraildəki ofislərinin bağlanması, yayım texniki avadanlıqlarının ələ keçirilməsi, kanalın peyk və kabel yayımlarından çıxarılması, internet saytına girişin bloklanması daxildir.

Xatırladaq ki, aprelin 1-də İsrail parlamenti milli təhlükəsizliyə təhdid sayılan xarici kanalların müvəqqəti bağlanmasına icazə verən qanun layihəsini təsdiqləyib.

Zərifə Nağıyeva