Rusiya adanın dərinləşən iqtisadi böhranından xilas olmağa çalışan kubalı kişiləri ordusuna cəlb edərək onlara yüksək maaş və Rusiya vətəndaşlığı vəd edir.

"Unikal" xəbər verir ki, bu barədə BBC məlumat yayıb.

Məlumata görə, Rusiya Federasiyası, ehtimal ki, Ukraynaya qarşı müharibədə iştirak etmək üçün Kuba vətəndaşlarını ordusuna cəlb edir. Onlara xidmət müqabilində 2000 dollar aylıq ödəniş təklif olunur ki, bu da orta aylıq əmək haqqının 25 dollardan az olduğu Kuba üçün böyük məbləğ hesab olunur.

Eyni zamanda, ordu sıralarına cəlb edilən kubalılara Rusiya vətəndaşlığı vəd edilir. Bu da bəzi kubalıları maraqlandıra bilər. Hazırda Rusiya pasportu 117 ölkəyə vizasız gediş-gəliş imkanı verir, Kuba pasportu sahibləri isə 61 ölkə ilə məhdudlaşır.

Zərifə Nağıyeva