"1980-ci illərin demarkasiya işlərindən (1988-ci il xəritələri) çox danışılır, deyirlər ki, hökumətin onlardan xəbəri yoxdur, o sənədləri məhv edib". 

"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mayın 7-də keçirdiyi mətbuat konfransı zamanı deyib.

"Demək istəyirəm ki, mən o kağızları gördüm, tanış oldum, oxudum. Bütün problem ondadır ki, həmin sənəddə onun necə qüvvəyə minəcəyi yazılıb. Bütün bu proses, yəni 1988-ci ildə olan sənədlər qüvvəyə minmədi. 2020-ci ildən etibarən işimizin əhəmiyyətli bir hissəsi Ermənistanın qanuni sərhədinin haradan keçdiyini dəqiq bilmək məqsədi ilə sərhədin demarkasiyası ilə bağlı bütün sənədlərin inventarlaşdırılması və öyrənilməsi ilə bağlıdır. Bizdə o kağızlar var, onlar bizim masamızdadır, amma o proses, həmin paket hüquqi qüvvəyə minməyib".

Ağarza Elçinoğlu