İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin keçirdiyi növbəti hərracda 20 nəqliyyat vasitəsi özəlləşdirilib.

"Unikal" xəbər verir ki, bu barədə Dövlət Xidmətindən məlumat verilib.

Hərracda ilkin qiyməti 9 900 manat olan “Volkswagen Passat” markalı avtomobil 11 000 manata satılıb. Start qiyməti 1 200 manat olan “Nissan Sunny” markalı nəqliyyat vasitəsi isə 3 600 manata özəlləşdirilib.

Hərracda satılan əmlakların siyahısı ilə https://clck.ru/3A7csN linki vasitəsilə tanış olmaq olar.

Cari ay üçün nəqliyyat vasitələri üzrə növbəti hərraclar 14, 17, 21 və 29 may tarixlərində keçiriləcək.

İştirak etmək istəyənlər Xidmətin rəsmi saytından (emlak.gov.az) və ya Özəlləşdirmə portalından (privatization.az) hərraca çıxarılan əmlaklar üzrə seçim edə bilərlər. Elektron Xidmətlər Portalında (e-emlak.gov.az) qeydiyyatdan keçməklə, əmlakın ilkin hərrac qiymətinin 10 faizi məbləğində behi ödəyərək iştirakçı statusu əldə etmək olar.