Litvada ilk dəfə olaraq komendant saatı tətbiq ediləcək.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, komendant saatı mayın 7-dən Vilnüs və Kaunasda Litvanın silahlı qüvvələri ilə NATO müttəfiqləri arasında təlimlər çərçivəsində fəaliyyət göstərəcək.

Təlim saat 05:00-dək davam edəcək.

Litva hakimiyyəti xəbərdarlıq edib ki, bu müddətdə mülki geyimdə silahlı əsgərlər şəhər küçələrində ola bilər.