Əgər Britaniya silahları ilə Rusiya Federasiyası ərazisinə zərbələr endirilsə, o zaman Rusiya həm Ukraynada, həm də Ukraynadan kənarda Britaniya obyektlərinə zərbələr endirmək hüququ əldə edəcək.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova açıqlayıb.

"Belə bir ssenari həyata keçirilərsə, ölkəmiz həm Ukrayna ərazisində, həm də onun hüdudlarından kənarda yerləşən Britaniya hərbi obyektlərini hədəf seçərək, müvafiq cavab vermək hüququnu özündə saxlayacaq", - diplomat qeyd edib.

 O, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeronun Londonun Kiyevin Rusiya ərazisinə zərbələr endirmək üçün Britaniya silahlarından istifadə etməsini qanuni hesab etməsi barədə bəyanatını dəlilik adlandırıb.

Ağarza Elçinoğlu