ABŞ-nin Miçiqan ştatında tornado səbəbindən logistika şirkətinə məxsus dağılmış anbarda 50 nəfər köməksiz qalıb. 

"Unikal" xəbər verir ki, hadisə zamanı ölən və yaralanan olmasa da, bölgədə minlərlə evin elektrik enerjisi kəsilib. 

Səlahiyyətlilər qismən dağılmış anbarda sıxışmış vəziyyətdə qalan 50 nəfərə çatmağa çalışdıqlarını, lakin onların səylərinin dağıntılar və elektrik naqillərinin aşması səbəbilə yarımçıq qaldığını bildirib. 

Qeyd edək ki, ölkənin Milli Hava Xidməti (NWS) Miçiqan ştatı üçün ən yüksək səviyyəli tornado xəbərdarlığı etmişdi.

Zərifə Nağıyeva