Rolls-Royce dünyanın aparıcı super lüks yolsuzluq avtomobilinin cəsarətli təkamülü olan Cullinan II Seriyanı və Black Badge Cullinan II Seriya avtobilərini təqdim edir.

- Rolls-Royce Bespoke vasitəsilə özünü ifadə etmək üçün yeni texnologiyalar, dərindən düşünülmüş dizayn yeniləmələri və innovativ imkanları inteqrasiya edir.

- Cullinan Series II lüks kodlarına və müştəri istifadə ssenarilərinə aid hallaranın inkişafına birbaşa reaksiya göstərir.

Orijinal Cullinan 2018-ci ildə təqdim edildi. O, əsl yolsuzluq imkanlarına malik olmalı, Yer üzündəki ən sərt və aqressiv şəraitə tab gətirə bilməli və eyni zamanda brendin misilsiz rahatlığını və istənilən relyefdə  sanki sehrli xalçada uçuşa bənzər özünəməxsus gediş tərzini təmin etməli idi. Beləliklə, Cullinan həqiqətən super-lüks yolsuzluq avtomobili olmaqla özündə güc və incəlik qarşısıalınmazlıq və rahatlıq kimi xüsusiyyətləri birləşdirdi və bunun sayəsində sahibinin həyatını hər cəhətdən asanlaşdırdı. Cullinan II Seriya Cullinan avtomobilinin görünməmiş uğurunu davam etdirən cəsarətli təkamülünü təqdim edir. Avtomobilin yen görünüşü II Seriya tarixindəki ən geniş yenidən qurmadır. Rolls-Royce dəyişən lüks kodlarına və avtomobildən yeni istifadə standartlarına cavab verir. Rolls-Royce-un inqilabi alter eqosu Black Badge tərtib tərzidir. Həmin tərtib Cullinan avtomobilində öz apofeozuna çatmışdır. Bu cür tərtib edilmiş avtomobilə idialı və güzəştsiz yanaşma məxususdur və o da ən cəsarətli özünüifadə formalarını axtaran müştəriləri cəlb edir. Bu kateqoriyalı müştərilər üçün brend Qara Badge Cullinan II Seriyanı təqdim edir, bu daha cəsarətli və daha ifadəli təklifdir ki, belə xüsusiyyət da yalnız daha tünd estetik baxımla deyil, həm də onu dəstəkləyən orijinal mühəndislik təməli ilə müəyyən edilir.

CULLINAN II SERIYA ŞƏHƏR MƏKANININ İDARƏ EDİLMƏSİ

Rolls-Royce Cullinan II seriyanı və Cullinan  Balck Badge II seriyanı TƏQDİM EDİR - FOTOLAR

Müştərilərə ilk təhvildən etibarən  Cullinan öz sahibini Rolls Royce-un heç vaxt kəşf etmədiyi yerlərə aparmağa qadir odu və  mükəmməl  yolsuzluq avtomobili kimi öz missiyasını yerinə yetirdi. Bununla belə, öz universallığı və istifadə sadəliyi sayəsində Cullinan həm də bir çox sahiblərini "gündəlik sürücü" halına saldı. 

EKSTERYER 

Rolls-Royce Cullinan II seriyanı və Cullinan  Balck Badge II seriyanı TƏQDİM EDİR - FOTOLAR

Əsas mövzu şaqulilikdir və bu da lampaların yeni üslubda işlənməsində öz əksini tapır. Cullinan II Seriya-nin ön hissəsi sadə xəttlərdən və aydın kənarlardan ibarətdir və burada avtobilin görkəmli ölçülərini və xarici görünüşünü vurğulayır. Bamper xətləri gündüz işləyən işıqların ən aşağı nöqtəsindən avtomobilin mərkəzi nöqtəsinə qədər "V" hərfini təşkil edir. Aşağıda arxa tərəfə baxanda avtomobilin vizual olaraq hündürlüyünü azaldan arxaya doğru uzanan yeni havasorucuları vardır. Mərkəz element radiatorun işıqlandırılan Panteon barmaqlığıdır, həmin barmaqlıq  aşağı haşiyə vasitəsilə yenilənmişdir. Buraya həmçinin gündüz işləyən işıqlar arasında yeni cilalanmış üfüqi "səma xətti" daxildir. Cullinan II Seriyanın profili səth üzrə əlavə dəyişiklikləri nümayiş edir. Təmkinli, lakin dəqiq xətt arxa fənərdən arxa təkərinin mərkəzindəki "RR" yazısınadək uzanır. Arxa tərəfdən baxanda Cullinan II Seriyanın işlənmiş qazların çıxarılması sisteminin hər elementinə aid örtük paslanmayan poladdan səliqəli şəkildə hazırlanmış və avtobilin banı ilə vizual olaraq ayrılmaz şəkildə birləşdirilmişdir.  Cullinan üslubunun bu daha gənc və daha ifadəli təkamülünün həlli daha böyük 23 düymlük diskləridir. Üçölçülü yeddi milli  dizayn qismən və ya tam cilalanmış örtük variantında mövcuddur. Təkmilləşdirilmiş ban formasına əlavə olaraq, Rolls-Royce rəng mütəxəssisləri Cullinan II Seriyası üçün yeni ban rəngi hazırlayıblar və avtomobil bu rəngdə təqdim olunacaq. Emperador Truffle müasir, minimalist boz-darçını  rəngidir; «Crystal Over» adlı Bespoke işlənməsi ilə birgə bu rəng səhər işığında təzə yağmış qarın yüngül parıltısını xatırladır.  Avtomobilin həndəsəsindəki ən əhəmiyyətli dəyişiklik dirəkdən dirəyədək uzanmış və alət panelinin yuxarısında yer almış şüşə panelidir - bu zərif və universal dizayn elementidir və o özündə həm rəqəmsal, həm də fiziki sənətkarlığı birləşdirir.  Sürücünün qarşısındakı alət paneli və qabaq panelin məkrkəzindəki yeni, həmişə görünən məlumat displeyi qabaqcıl SPIRIT əməliyyat sistemi üzrə platformanı  formalaşdırmaq məqsədilə yenidən işlənmişdir. SPIRIT sistemi ilk dəfə tam elektrik Spectre avtomobilində təqdim edildi. O, həmçinin rəqəmsal  Bespoke imkanlarını təmin edir - müştərilər alətlərin siferblatlarının rəngini tənzimləyə bilərlər. SPIRIT həmçinin Cullinan avtomobilinə  inteqrasiya olunmuş Rolls-Royce-un şəxsi üzvləri üçün nəzərdə tutulmuş Whispers tətbiqini görür. Müştərilər təyinat yerlərini birbaşa öz avtomobillərinə göndərə, Cullinan avtomobilin olduğu yerə uzaqdan baxa və tətbiq vasitəsilə avtomobilin kilidlənməsinə nəzarət edə bilərlər. Bütün avtomobildə rabitə yaxşılaşdırılmışdır. İndi müştərilər  arxa ekranlara iki axın cihazını birləşdirə bilər və həmin cihazlar Bespoke interfeysi ilə təchiz edilib. İnternet bağlantısı müştərilərə Wi-Fi giriş nöqtəsindən və hər bir ekran üçün müstəqil yayım axınından istifadə etmək imkan verir. Cullinan ilk istənilən növ  Bluetooth qulaqlıqlarını arxa oturacaqların məlumat-əyləncə sisteminə qoşmağa da imkan verir. Müştərilər 18 dinamikli Bespoke Audio adlı ən üstün audiosistemdən zövq ala bilərlər və həmin sistemdə 1400 vatt gücünə malik  ən son nəsil 18 kanallı səs gücləndiricisi mövcuddur.  Alümin kandarlarındakı boşluqlar sayəsində aşağı tezlikli dinamiklərin rezonansı yaranır və nəticədə bütün avtomobil sanki bir sabvuferə çevrilir. Sərnişinin birbaşa qarşısında xüsusi haşiyə quraşdırılmışdır və onun üzərində işıqlandırılan Cullinan yazısı və şəhər mənzərəsinin unikal təsviri vardır. Bu təsvir 7000 qrafik elementin köməyi ilə yaradılmışdır. Müştərilər həmçinin Bespoke brendinin dizaynerləri ilə əməkdaşlıq edərək öz işıqlı motivlərini yarada bilərlər. Panelin sərnişin tərəfində üzərində Spirit of Ecstasy saatı olan yeni dolab mövcuddur - bu unikal bir vitrindir və burada həm analoq saatı və həm də Spirit of Ecstasy fiquru təqdim edilmişdir. Həmin fiqur işıqlandırılır və paslanmayan poladdan istehsal edilmişdir. Ekstaz ruhunun avtomobilin interyerinə daxil edilməsi analoq və rəqəmsal ustakarı arasında dörd illik səyləri və unikal əməkdaşlığı nəticəsində mümkün olmuşdur və bunun məqsədi dramatik və dərındən düşünülmüş işıq axınının yaradadılması idi. 

GENİŞ MATERİALLAR PALİTRASI 

Rolls-Royce Cullinan II seriyanı və Cullinan  Balck Badge II seriyanı TƏQDİM EDİR - FOTOLAR

İnteryer bitkilərdən ruh almış palitrada işlənilmişdir. Cullinan II Seriya avtomobili Boz göyrüş rəngini təqdim  edir. Dörd il ərzində Rolls-Royce Bespoke komandası tərəfindən işlənib hazırlanan bu material Cullinan avtomobilin  müasir xarakterini vurğulayır. Mürəkkəb, fərqli bir faktura əldə etmək üçün şponun "yarpaqları" əllə rənglənir, bu da öz növbəsində unikal parıltı effekti yaradır. Cullinan II Seriya həmçinin Duality Twill adlı yeni viskoz  bambuk parçasını təklif edir. Dizaynerlər qrupunun üzvləri üçün bitkidən hazırlanmış həmin material ruh mənbəyi olmuşdur.  Sarjadan tikilmiş parça “İkilik” adlı naxışla bəzədilmişdir. Dizayn R markasının təsisçilərinin biri-birinə bağlı abstrakt interpretasiyasına əsaslanır və yelkən yaxtalardakı ip xəttlərini xatırladaraq açıq aşkar dəniz təsirini əks edir.  Duality Twill parça ilə tam daxili üzlük 2,2 milyona qədər tikiş, 11 mil sap daxil edə bilər və 20 saatlıq əməyin nəticəsidir. Təsvirin eyniliyini təmin etmək üçün hər bir detal kəsilməzdən əvvəl  xüsusi lazerdən istifadə etməklə ayrıca işlənir, yəni bu lazer materialın kənarlarını hermetik şəkildə möhürləyir.  Baza tvil parçası üç rəngdə mövcuddur: yasəmən, şokolad və qara və müştərilər 51 sap rəngindən birini seçə bilərlər. Bu mürəkkəb naxışlı tekstilin işlənib hazırlanmasına bir ildən çox vaxt sərf edildi. Cullinan II Seriya daha bir ən müasir istehsal texnikasını birləşdirir - bu məhz perforasiyadır. Cullinan II Seriya üçün dizaynerlər Rolls-Royce-un Qudvud evinin üstündəki buludların daim dəyişən formaları və kölgələrindən ruhlanaraq nümunə yaratdılar – bu da    diametri 0,8 və 1,2 millimetr olan 107 000 perforasiyadan ibatətdir.

Cullinan II Seriya Black Badge 

Rolls-Royce Cullinan II seriyanı və Cullinan  Balck Badge II seriyanı TƏQDİM EDİR - FOTOLAR

Black Badge Cullinan II Seriya, Rolls-Royce təcrübəsinə məxsus intuitiv interpretasiyanı axtaranlar üçün nəzərdə tutulmuşdur. Black Badge avtomobilin xarakterinə xas olan başlıca elementlər onun radikal banı sayəsində daha da gücləndirilir və belə ban avtomobilin iddiyalı və kompromis tanamayan mövqeyini əks edir.

Eksteryer

Black Badge Cullinan II Seriya avtomobilin peyda olması onun təsiredici ön hissəsi ilə sübut olunur. Black Badge modelinin radiator barmaqlığı xüsusi firma qara rəngində işlənilmişdir. Gümüş rəngli “üfüq xətti” genişlik və möhkəmlik hissi yaradaraq avtomobilin şaquli gündüz hərəkət fənarlarını çərçivəyə salır. Avtomobilini qaranlıqda tamamilə gizlətmək istəyən müştərilər üçün o, həm də tamamilə qara rəng üslubunda işlənmiş vəziyyətdə mövcuddur. Avtomobil banının bütün xarici elementləri və parlaq detalları,  o cümlədən Spirit of Ecstasy fiquru həmçinin qara rəngdə işlənilmişdir. Black Badge tarixində ilk dəfə belə elementlər pəncərə haşiyələnməsindən başlayaraq qapı dayanacaqları və tutacaqlarına qədər uzanır. Digər tündləşdirilmiş elementlər, o cümlədən arxadakı yük yerinin qapısı və bamperin üzərindəki xüsusi nöqtələr və həm də işlənmiş qazların aparan borular güzgü kimi qara effektən ötrü xüsusi xrom elektrolitlə işlənirlmişdir.  Black Badge Cullinan Series II müştəriləri indi avtomobil banının bütün aşağı hissəsinin, eləcə də ön bamperin və kandarın aşağı hissəsinin müvafiq rənglə işlənməsini seçə bilərlər. Xarici işləmə üsulunu 23 düymlük təkərlət tamamlayır - brend ilk dəfə Black Badge avtomobili üçün belə ölçülü təkərlər təklif edir. İlk baxımdan elə gələ bilər ki, təkərlərin dizaynı beş mildən ibarətdir, amma əslində burada on təkər mili mövcuddur. Bu cür vizual effekt dərindən düşünülmüş qarşılıqlı təsir əsasında mümkün olmuşdur, yəni həmin qarşılıqlı təsir cilalanmış, rənglənmiş və dərinə salınmış mənfi səthlər arasında yaranır. 
Dizayn həmçinin disk əyləclərinin firma qırmızı rəngli altlıqlarının aydın görünməsinə imkan verir və həmin altlıqlar həmçinin firuzəyi, narıncı və sarı rəngdə işlənmiş ola bilər.

INTERYERIN INQILABI TƏRTİBAT ÜSLUBU

Rolls-Royce Cullinan II seriyanı və Cullinan  Balck Badge II seriyanı TƏQDİM EDİR - FOTOLAR

Qabaqcıl texniki materiallar Rolls-Royce Black Badge avtomobilin fərqləndirici əlamətidir. Black Badge Cullinan II Seriyada bu mövzunu davam etdirilir. Müştərilər Cullinan Black Badge avtomobilin Texniki Karbon örtüyünü yüksək qiymətləndirdilər - buna görə də bu incə material II Seriyada da saxlanılmışdır. Karbon lifli örtük xüsusi olaraq təkralanan həndəsi formaların dəqiq təkrarlanan nümunəsini yaratmaq üçün nəzərdə tutulmuşdur və bunun nəticəsində üçölçülü effekt yaradılır.  Black Badge avtomobilin tünd atmosferi metal interyerdə davamını tapır. Alət panelində və salonun arxa hissəsindəki deflektorların haşiyənməsi də tündləşdirilmişdir.  Black Badge Cullinan II Seriya  yeni saat dolabı ilə təchiz edilmişdir. İçərisində yerləşdirilmiş Spirit of Ecstasy fiquru da qara rəngdədir. Yeni işıqlandırılan paneldə şəhər landşaftının yeni şaquli təsvirində sonsuzluq simvolu mövcuddur.  Təchizata ay-ayrı arxa oturacaqlar daxil olduğu halda müştərilər Black Badge ailə motivini əlavə edə bilərlər. Oturacaqların özləri Duality Twill adlı valehedici tekstil örtüyündə sifariş edilə bilər. Black Badge Cullinan II Seriya, həmçinin Bespoke eksklyuziv rəqəmsal tərtibat üsulu üçün meydança ola bilər:  alət panelinin  siferblatlarını indi beş yeni futuristik həllində sifariş vermək mümkündür: Canlı Sarı, Neon Gecələr, Neon Yanğın və kaleydoskopik Sint Veyv.

SINAQDAN KEÇMİŞ MÜHƏNDİSLİK HƏLLƏRİ 

Black Badge Cullinan II Seriya təkcə estetik görünüşü ilə deyil, həm də onun əsasında dayanan mühəndislik həlləri ilə seçilir. Black Badge Cullinan avtomobilin ilk görünüşünü açağıdakı xüsusiyyətlər ilə fərqləndirilir, o cümlədən avtomobil kuzovunun yana əyilmələrinini azaldan daha böyük gücə malik pnevmatik yaylar və daha güc ehyiyatı. Belə xüsusiyyətlər həm də Black Badge Cullinan II Seriya üçün də saxlanılmışdır. V12 şəkilli, 6,75 litr həcmli ümumiyyətlə 600 at gücünü və 900 Nm fırlanma anını təmin edir. Əlavə gücdən istifadə etmək üçün sürətlər qutusu və drossel qapağı sürətlənmə üçün kalibrlənmiş vəziyyətdə qalır. Səkkiz pilləli ZF transmissiyası və ön və arxa təkər oxları qaz və sürücü ilə geri əlaqəni tənzimləmək üçün bir yerdə işləyir və drossel qapağından və sükan idarəetməsindən asılıdır.  Sürətlər qutusundakı "Aşağı" düyməsinə basmaqla sürücü əlavə texnologiyaları açmağa davam edir. Bu funksiyanı aktivləşdirərək, sürücülər hiss edir ki, bütün ehtiyatda olan 900 Nm fırlanma anı onların ixtiyarındadır Drossel qapağı 90% göstəriciyədək basılmış olduğu halda, bu rejim həm də sürütlərin ötürülməsi vaxtını 50%-dək cəldləşdirir. Black Badge Cullinan II Seriya avtomobilində   əyləc pedalının gediş məsafəsi azaldılmışdır və nəticədə sürücünün hərəkətlərinə ani reaksiya təmin etmək mümkün olmuşdur.

Cullinan II Seriya və Black Badge Cullinan II Seriyanın bəzi xüsusiyyətləri:

-  Yeni Saat Dolabının vitrini  Cullinan interyerinə Spirit of Ecstasy fiqurunu daxil edir.
- Duality Twill oturacağı 2,2 milyon tikiş və 18 mil uzunluğina qədər sapa malikdir.
- Oturacağın perforasiya ilə işlənilmiş yeni təsviri üçün Rolls-Royce-un evinin üstündəki buludlar ruh mənbəyi olmuşdur  və bu təsvir  107 000 ayrı-ayrı perforasiyadan ibatətdir
- Avtomobil SPIRIT-in qabaqcıl rəqəmsal interfeysini və Whispers şəxsi üzv tətbiqini inteqrasiya edir.