Çinin Taizhou şəhərindəki zoopark ziyarətçiləri cəlb etmək üçün iki "Chow chow" cinsindən olan iki iti panda kimi rəngləyib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, itlər mayın 1-dən 5-nə kimi zooparkda turistlərə göstərilib. Eyni zamanda biletin üzərində Çin dilində “panda itləri” yazılıb 

Zoopark rəsmiləri bildiriblər ki, onlar bu sxemi saxtakarlıq hesab etmirlər və həqiqi pandaları qəfəsdə saxlaya bilmədiklərinə görə belə addım atıblar. İşçilərin sözlərinə görə, son günlər zooparka baş çəkənlərin də sayı artıb.

Bəzi çinli sosial media istifadəçiləri balalara qarşı bu cür rəftarın qəddarlıq sayıla biləcəyindən narahat olduqlarını bildiriblər.