"Çelsi"nin yayda vidalaşacağı daha bir futbolçunun kimliyinə aydınlıq gəlib. 

"Unikal" xəbər verir ki,  bu barədə tanınmış insayder Fabritsio Romano sosial şəbəkə hesabı vasitəsilə məlumat paylaşıb.

Mənbənin məlumatına görə, London klubu Armando Brounu satacaq. "Zadəganlar" artıq futbolçunu "gözdən çıxarıblar". Digər Premyer Liqa klublarının futbolçunun transferində maraqlı olduğu bildirilir.

22 yaşlı hücumçu cari mövsümün ikinci yarısını icarə əsasında "Fulhem"də keçirir. Armando orada 7 oyun keçirib və bir məhsuldar ötürmə edib.