Şimali Makedoniyanın hazırkı rəhbəri Stevo Pendarovski ölkədə davam edən seçkilərdə məğlub olduğunu etiraf edib.

"Unikal" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Son məlumatlara görə, bülletenlərin 74,89%-i hesablandıqdan sonra Pendarovski cəmi 29,31% səs toplayıb.

Ən böyük müxalifət partiyası Daxili Makedoniya İnqilab Təşkilatı - Makedoniya Milli Birliyi Uğrunda Demokratik Partiyanın namizədi Qordana Silyanovska- Davkova - 64,70% səs toplayıb.