Tahir Abbaslı: "Azərbaycan xalqı öz taleyinə biganə qalmamalıdır"
Tahir Abbaslı: "Azərbaycan xalqı öz taleyinə biganə qalmamalıdır"

"Bu il Azərbaycanda seçki prosesinə aktivlik çoxalib"

Son günlər ölkəd və bölgədə baş verən proseslərlə bağlı suallarımızı Azərbaycan İslam Demokrat Partiyasının sədri Tahir Abbaslı cavablandırır.

-Sizcə, Milli Şura cəmiyyətin seçkiqabağı ümidlərini niyə doğrulda bilmədi?
Sualın belə qoyluşu ilə razılaşmıram. Çünki Milli Şuranın fəaliyyəti hələ qabaqdadır. Milli şuranın fəaliyyət istiqaməti baxmiyaraq ki, seçkilərdə uğur qazanmaqdır eyni zamanda seçkilərin demokratik keçirilməsi üçün çalışmasıdır. Sizin sual içində cavabınız doğru qoyulmayib. Ona görə ki hələ seçkilər başlamadan nəticə bildirirsiz. Halbuki nəticə seçkilərin gedişində və seçkilərdən sonra bəlli olacaq. Amma bütün çətinlik və manielərə baxmiyaraq demokratik qüvvələr və Milli Şura seçkilərin demokratik keçirilməsində var gücü ilə çalışacaq. Bunun üçün Azərbaycan cəmiyyəti də maraqlıdır.
-Radikal müxalifət qarşıdan gələn prezident seçkilərində ən yaxşı halda hansı nəticəni göstərə bilər?
-Təbii ki, Azərbaycan müxalifətinin bütün çalışmaları ölkədə hökümət dəyişikliyinin yaranması üçündür. Çünki korrupsiyanın aradan qaldırılması, neft gəlirlərinin müxtəlif yollarla mənimsənilməsi, ölkədə iqtisadi inkişafın və əhalinin sosial rifahının yaxşılaşdırılması, habelə demokratik bir hökümətin yaranması üçün mütləq hökümət dəyişikliyinə ehtiyac var və Azərbaycan müxalifətidə buna nayil olmaq üçün var gücü ilə çalışır.
-Sizcə, hazırda Azərbacanda fəaliyyət göstərən siyasi qurumlarda hansı özəlliklər çatışmır?
-Azərbaycan demokratik bir ölkə olsaydı, yəni demokratik bir sistem hakim olsaydı, hər bir siyasi qurum demokratik rəqabət və bacarığı əsasında iqtidar olmağa və cəmiyyətə xidmət etməyə ləyaqəti olduğunu hesab edirəm. Siyasi qurumların çoxusu Azərbaycan xalqına xidmət etməyə və ölkədə demokratiyanın və əhalinin sosial rifahının qaldırılması, işğal olunmuş ərazilərin işğaldan azad edilməsi, ölkənin iqtisadi və siyasi inkişafı üçün yaranmış qurumlardır. Amma əgər Azərbaycan siyasi qurumları lazımı nəticəni ala bilməyibsə və ya əsaslı dəyişikliklər edə bilməyibsə, bunun günahın yalnız siyası qurumların üzərinə yıxmaq doğru olmazdı.
-Prezident seçkilərindən sonra müxalifətdə nəsil dəyişikliyi baş verə bilərmi?
-İstər-istəməz Azərbaycanda hər il çox dəyişiklər baş verir. Ötən illərə baxdıqda bu il dəyişikləri hiss edirsən və həm də şahid olursan. Bu il Azərbaycanda seçki prosesinə aktivlik çoxalib. Bu da ondan irəli gəlir ki, artiq Azərbaycan xalqı başa düşüb ki, öz taleyinə biganə qalmamalıdır.
-Dünyanın bir zaman alqışladığı "ərəb baharı" artıq "ərəb fəlakəti"nə çevrilib. Nədən belə oldu?
-Ərəb Baharı Şimal Afrika ölkələri və Orta şərq ölkələrində reallaşan inqilab xüsusiyyəti verilən addır. Bu inqilabların bahar deyə adlandırılmasının səbəbi əsrlərdir davam edən ərəb ölkələrindəki diktator rejimlərə xalqın üsyan etməsidir. Bu üsyanların təməlində diktator rejimlərin yanında işsizlik, inflyasiya, siyasi oyunlar, ifadə azadlığı və pis həyat şərtləri vardır. İlk üsyan 17 dekabr 2010-cu ildə Tunisdə 26 yaşındakı kompüter mühəndisi Məhəmməd Bouazizi Sidin Bouzid qəsəbəsində bir avtomobilə doldurduğu tərəvəz meyvəni satarkən polislər tərəfindən həbs edildi. Bouazizinin avtomobilinə və mallarına əl qoyan polis həmin gəncə yumruq atdı. Bouazizi tərəvəz dəzgahının əlindən alınmasını etiraz üçün qubernatorluğun qarşısında özünü yandırdı. Xəstəxanaya qaldırılan Bouazizi 4 yanvarda həyatını itirdi. Diplomlu işsiz Məhəmməd Bouazizi tərəfindən başladılan üsyan böyüyərək davam etdi. Bu üsyan nəticəsində 23 ildir iqtidarda olan hökumət yıxıldı. Dövlət başçısı Zeynəl Abidin ibn Əli 14 Yanvar hökumətin istefa etdiyini açıqladı. Tunisdə 6 ay içində seçki qərarı alındı və yerinə müvəqqəti hökümət Məhəmməd Ganuşi ölkədə fövqəladə hal elan etdi. Ölkədəki həbsxanalar da üsyana qalxdı. Hökumət başçısı Zeynelabidin ibn Əli üsyanı söndürmək üçün 300 min insan üçün iş yeri yaradılacağını açıqladı, qısa bir müddət sonra - 2014-cü ildə vəzifəsini buraxacağını açıqladı. Ancaq xalqın üsyanı dayanmamışdır. 14 yanvarda küçəyə çıxmanın qadağan olmasına baxmayaraq xalq daxili işlər nazirliyini əhatəyə aldı. Çıxan qarşıdurmalarda polis qaz bombaları və odlu silahlarla xalqa hücum etdi. "Rejim yıxılana qədər ayaqda olacağıq", "İbn Əli rədd ol", "İbn Əli getsin" şüarlarının atıldığı etirazlar əsnasında Dövlət Başçısı İbn Əli yenidən çıxış edərək, hökumətin düşməsini etiraf etmişdir. Başlayan üsyanın ardından İBn Əli dörd dəfə çıxış etmək məcburiyyətində qalmışdır. İlkin təməl qida maddələrinin qiymətləri salındı, daxili işlər Nazirinin də aralarından çox sayda nazirin vəzifədən alınması da xalqın hirsini dindirmədi və beləcə işsiz bir universitet məzununun özünü yandiraraq başlatdığı, işsizlik və yaşam çətinliklərə qarşı aparılan mubarizə 4 həftədə 23 illik iqtidarı yıxmışdır. Tunisdəki inqilabın ilk adı Ərəb Baharı deyil. Burada Məhəmməd Bouazizinin polisin müdaxiləsindən sonra özünü yandırması ilə başlayan və internetdə "Polisə yasmin verək" şüarı ilə yayılan etirazları nəticəsində xalq İbn Əlini iqtidardan salana qədər "yasmin İnqilabı" adını vermişdir. Daha sonrasında Tunisdən bir ay sonra Cəzairə sıçrayan və sonrasında domino effekti ilə yayılan üsyanların ümumi adı Ərəb Baharı adını almışdır.
Ərəb Baharı ifadəsini ilk dəfə 2011-ci ilin sentyabrında alman Detlev Quintern işlədib. Tarixə müraciət etməyimizdə fayda var. Çünki ərəb dünyasında kökləri çox köhnələrə uzanan bir ədalət savaşı ənənəsi var. Əsas səbəbi isə ədalət anlayışının İslam əxlaqında ilk sırada olmasıdır. Bu baxımdan yanaşada 7 və 8-ci əsrlərdə ərəb dünyasının parçalarının ərəb olmayan rəhbərliklərdən qurtarılması və İber Yarımadasında yaşanan hadisələr daha yaxşı aydın olur. Bu bölgələrin qurtarılması üçün verilən mübarizə əsnasında yenə eyni güclərə qarşı müxalifətdə olan və ya üsyan halında olan birliklərdən də böyük dəstək gəlmişdir. Bunun bariz numunəsi Misirdəki öristian kıptilərin verdiyi dəstəkdir. Bu gün bu vəziyyəti çox bəzəyən başqa bir hərəkatla qarşı-qarşıyayıq. Bu hərəkat ədalət idealının intibahı olaraq görülə bilər. Bunun kökündə isə ərəb xalqlarının dözmə gücü, cəsarəti və özlərini bu uğurda fəda edə bilmə fədakarlıqları var. Eyni zamanda tarixin də bizə göstərdiyi kimi ədalət anlayışının təməl prinsiplərində yaşanan sapmalar ərəb dünyasında hər vaxt üsyanları özü ilə gətirmişdir. Bu nöqtədə ərəb dünyasında yaşanan ədalətsizliklərin bu hərəkatlarin mərkəzini meydana gətirdiyini deyə bilərik. Yuxarıda adlandırdığınız ölkələr arasında xüsusilə Tunis və Misir başda olmaq üzrə komprador burjuaziyaya yaxın qruplar ölkə içərisində rəhbərliyi ələ keçərib öz məqsədləri üçün istifadə edirdilər. Bu məqsədlər isə xarici güclərin məqsədləri ilə az qala üst-üstə düşür. Yabançı güclər ilə nəzərdə tutduğum həm köhnə kolonial dövlətlər olan İngiltərə, Fransa, İtaliya həm də tarixi olaraq yeni olsa da bölgədəki fəaliyyəti göz qarşısında saxlanıldığında önə çıxan ABŞ-dır. Bütün bunlar gücü əlində tutan və lüks içində yaşayan bir azlıq ilə kasıblıq və işsizliklə mübarizə edən bir əksəriyyəti özü ilə gətirdi. Həm Tunisdə həm Misirdə olan bu azlıq qrupları Beynəlxalq Pul Fondunun (IMF) istəklərini yerinə yetirərkən ictimai xidmətlərdə kəsilmələrə getdilər, ölkənin sahib olduğu əhəmiyyətli qaynaqları xüsusiləşdirdilər. Bu xüsusiləşdirmələrdən özlərinə yaxın olanlar faydalandı. Bütün bunları dünya ilə barışıq liberal bir siyasət olaraq tanıtdılar. Bu vəziyyətdən yenə ən çox Qərb ölkələri faydalandı. Yenə eyni şəkildə, ölkələrdən çıxan pulun böyük bir hissəsi Qərbli bankların idarəsinə girdi. Bu məzmunda nümunə olaraq Tunisi göstərə bilərik.
Bir turizm ölkəsi olan Tunisdə Avropadan gələn turistlər kurs fərqliliklərində çox ucuza tətil edə bilərkən Tunis xalqının böyük bir hissəsi üçün öz ölkələrində tətil edə bilmək yalnız bir yuxudan ibarət idi. Bütün bunların yanında bu ölkələrə mərkəzində istehlak olan imperalist mədəniyyət və həyat tərzi tətbiq edildi. Bu həqiqətə uyğun gəlməyən mədəniyyət və həyat tərzi isə mədəniyyətlərini, ənənələrini, inanc və dəyər sistemlərini erroziyaya uğratdı. Şəhər strukturlarında bu vəziyyət olduqca açıq bir şəkildə ortaya çıxmaqdadır. Bölgə ölkələri xalqları arasında 70-ci illərdən bəri davam edən bir narahatlıq var. Nümunə olaraq Qahirəni verə bilərik. Ayrıca turizmin məşhur olduğu Tunis və Misir kimi ölkələrdə turistlər üçün tikilmiş və ölkədəki həyatın nə qədər gözəl və rahat olduğunu göstərməyi məqsəd qoyan səmtlər və alış-veriş mərkəzləri var. Halbuki bir neçə küçə sonrasında acı gerçək bütün çılpaqlığı ilə ortadadır. Lakin qısaca vurğulamaq istədiyim bir nöqtə var. Bütün bu söylədiklərim, bu an ərəb dünyasında yaşananları bir çörək döyüşü olduğu mənasını vermir. Bu vəziyyətin bənzərini Avropada yaşanmış olan qida çətinliyi və qida məhsullarının qiymətlərinin yüksəlməsi nəticəsi ortaya çıxan üsyanlarla qarışdırmamaq lazımdır. Çünki ərəb dünyasında yaşanan hərəkatların mərkəzində ədalət faktının yenidən həyata keçirilməsi və itən insan şərəfinin yenidən qazanılması yatmaqdadır. Bu səbəbdən məsələni yalnız kasıblığa sadələşdirmək səhv olar. Əlavə olaraq, yenə Fələstin məsələsi də çox əhəmiyyətli bir yer təşkil edir. Çünki həm Tunisdə, həm Misirdəki hərəkatlərı bütün fərqliliklərinə baxmayaraq ortaq olduqları nöqtə, Fələstin xalqı ilə olan həmrəylik faktıdır. Fələstin məsələsi ədalətli bir şəkildə həll edilmədiyi müddətcə az əvvəl bəhs etdiyim ədalət faktının dünyada həyata keçirilməsi yalnız bir utopiya olaraq qalacaq.
İzah etdiklərimin işığında bu an Orta Şərqdə yaşanan xalq hərəkatlarının, xüsusilə Misir və Tunisdə, təməlində üç ana məsələ var: Var olmayan ədalət faktı, bunun təsiri ilə itmiş olan insan şərəfi və hökumətlərin Fələstin məsələsi ilə əlaqədar duruşlarıdır.
Söhbətləşdi : Savalan