Namizədlərin plakatlarını kim cırır?
Namizədlərin plakatlarını kim cırır?

Bu foto Binəqədi rayonunda çəkilib. Gördüyünüz kimi bir sıra namizədin plakatları cırılıb. Əslində bu vəziyyətdə olan fotolara son günlər şəhərin müxtəlif yerlərində rast gəlirik.
Yaranmış vəziyyət ilk baxışdan müxtəlif suallar yaratsa da, bəzən heç diqqətimizi belə çəkmir. Yəqin, bu faktın qanun pozuntusu olduğunu çoxlarınız bilmirdiz. Qanunda bu barədə nə yazılmasına bir azdan toxunacağıq.
İndi isə bu məsələni gündəmə gətirən hadisələrə toxunaq
Öncə Ümid partiyasının sədri, prezidentliyə namizəd İqbal Ağazadə ona qarşı belə bir təxribatın olduğunu açıqladı. Partiya Bərdə rayonunda sədrlərinin plakatlarının cırlması ilə bağlı bəyanat verdi:
“Hadisə Bərdə şəhərində bir və beş saylı məktəbin qarşısında baş verib.Prezidentliyə namizəd İqbal Ağazadənin təbliğat-təşviqat lövhələrinə vurulmuş seçki plakatları cırılıb”.
Daha sonra Sərdar Cəlaloğlu bir sıra rayonlarda plakatlarının cırılması ilə bağlı məlumat yaydı. Məlumatda bildirilirdi ki, paytaxt Bakı daxil olmaqla bir sıra rayonlarda ADP namizədinin lövhələrdən asılan şəkilləri cırılıb atılıb.
Ən sonda isə AXCP sədr Əli Kərimlinin oğlu Türkəl Kərimli daha 2 nəfərlə birgə şəhərdə prezidentliyə namizədlərin seçki plakatlarını cırarkən polis əməkdaşları tərəfindən saxlanılıb. O, polisə müqavimət göstədiyi üçün 25 sutka həbs olunub.
Plakatları kim cırır?
Şəhərdə keçirdiyimiz kiçik sorğudan məlum oldu ki, heç bir seçici özünə plakat cırmağı sığışdırmır. Onlar rəqiblərinə qarşı bu hərəkəti mədəniyyətsizlik adlandırırlar. Əgər adi vətəndaşlar bu hərəkəti ayıb bilirsə, bəs namizədlərin fotolarını kim cırır?
Bəs qanun nə deyir?
İnzibati Xətalar Məcəlləsinin 40-cı maddəsi:
Təşviqat-nəşr materiallarını qəsdən məhv etmə və ya namizədin seçicilərlə görüşünə mane olma Mülkiyyətçinin və ya obyekt sahibinin razılığı ilə qanunvericiliklə müəyyən edilmiş yerlərdə asılmış seçkiqabağı (referendumqabağı) təşviqat plakatlarını və digər bu cür təşviqat materiallarını məhv etməyə və ya korlamağa və ya təşviqat materiallarının yayılmasına mane olmağa, yaxud namizədin seçicilərlə görüşünə mane olmağa görə otuz beş manatdan altmış manatadək miqdarda cərimə edilir.
MSK-nın mövqeyi isə sözügedən mövzuda belədir.
Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov mətbuata açıqlamasında bildirib ki, hər bir namizədə hörmətlə yanaşılmalıdır:
“Bu, seçki qanunvericiliyinin pozulmasıdır. Buna heç kim müdaxilə edə bilməz. Plakatları cırmaq olmaz. Bu cür hərəkət edənlərin fəaliyyəti məsuliyyət yaradır. Seçki Məcəlləsinin tələbi ondan ibarətdir ki, namizədlər və seçicilər buna hörmətlə yanaşmalıdırlar. Namizədin təşviqat materialının cırılmasına yol vermək olmaz. Bu cür hallar baş verirsə deməli, Seçki Məcəlləsinin tələbləri pozulur”.
Alı