Əli Kərimli cavab verə bilmir
Əli Kərimli cavab verə bilmir

AXCP sədri özünün və yaxın qohumlarının bank qalmaqalını bir qədər də dolaşığa saldı

AXCP sədri Əli Kərimli və onun yaxın qohumlarının müxtəlif banklar vasitəsilə həyata keçirdikləri 8 milyon 388 min manatlıq maxinasiya hələ uzun müddət müzakirə mövzusu olacaq. Çünki aqressiv müxalifətin "lider"lərindən biri sayılan bu şəxs öz haqqında yayılan məlumatlara münasibət bildirmir. Düzdür, Əli Kərimli yayılan məlumatlardan sonra açıqlama verib, ancaq bu onun özünün ifşası ilə nəticələnib desək, yanılmarıq.
Çünki Əli Kərimlinin verdiyi cavablar daha böyük suallar doğurur və bank qalmaqalını bir qədər də dolaşığa salır. Əli Kərimli deyib: "İndiyədək heç bir xarici ölkənin heç bir fondundan heç bir qrant almamışam. Heç zaman heç bir bankdan kredit götürməmişəm. Heç bir bankda heç bir hesabım olmayıb. Yalnız keçən il Beynəlxalq Bankda xüsusi hesab açmışam ki, 2005-ci ildə parlamentə seçildiyim, amma mandatım ləğv olunduğu üçün Avropa Məhkəməsinin təyin etdiyi 30 min avro cəriməni həmin hesab vasitəsilə alım..."
Ancaq virtualaz.org saytının əldə etdiyi bank sənədlərində Əli Kərimlinin 2008-ci ildə "Texnikabank"dan 145 min manat məbləğində kredit götürdüyü qeyd olunub. Bu şəxs götürdüyü krediti elə həmin ildə də ödəyərək borc hesabını büsbütün bağlayıb. Deməli, Ə.Kərimli kredit götürüb. Hərçənd ki, o, indi bunu nəyin bahasına olursa-olsun təkzib etməyə çalışır.
Xatırladaq ki, bir müddət öncə Əli Kərimli bayraqdar Elman Türkoğlunun "30 milyonluq villa" iddiasını da təkzib edə bilmədi. Elman Türkoğlu indi yayılan bank sənədlərindən öncə demişdi: "Əli Kərimlidən soruşuram: Londonda 23 milyonluq villa kimindir, Bilgəhdə 3,5 milyonluq villa? Camaatın oğlu meydanlara çıxır, onun oğlu ildə 25-30 min dollar pulla xaricdə oxuyur. Bu gün müxalifətdə quldarlıq sistemi hökm sürür. Əli Kərimli AXCP-də pulla gəncləri saxlayır ki, mitinqlərə digər partiyalardan daha çox adam çıxarsın. Adama deyərlər, bu qədər pul səndə haradandır?"
Bütün bu açıqlamalar maraqlı faktları ortaya çıxarır. Heç bir yerdə işləməyən Əli Kərimli, xaricdə təhsil alan oğlu Türkel Kərimli və qohumları 2012-ci il oktyabrın 30-dan 2013-cü il iyunun 13-dək olan müddətdə banklardan 8 milyon 603 min 364 manat nağd pul çıxarıblar. Bütün bunlarla yanaşı, Ə.Kərimli 2 il ərzində müntəzəm olaraq nəhəng məbləğlərdə pul çıxarıb, böyük məbləğli maliyyə əməliyyatları aparıb, eləcə də iri həcmdə pul kütləsini qəbul edərək, iri məbləğlərdə vəsaitləri müəyyən yerlərə göndərib. Maraqlıdır, bu pullar haradan gəlib?
Xatırladaq ki, bir müddət öncə "El" hərəkatının təmsilçisi Əflan İbrahimovun açıqlamaları cəmiyyət tərəfindən həyəcanla qarşılanmışdı. Çünki bu şəxs bəzi faktları ortaya qoymuşdu: "Sən Eldəniz Quliyev o vaxtı gəlib mənə dedin ki, Eldar Namazov deyir ki, "Milli Şura"nı Soros Fondu maliyyələşdirəcək. Soros Fondu da dünyada dövlət çevrilişləri ilə məşğul olur. Bunlar Azərbaycanı Liviyaya, Suriyaya çevirmək istəyirlər. Əlimdə kifayət qədər əsaslı sübutlarım var. Əgər kifayət qədər sübutlarım olmasaydı, danışmazdım. Köçəri Nağıbəylinin camaata pul paylaması ilə bağlı sənədlərim var. Plakatlara verilən, rayonlardan gələn insanlara paylanan pullar haradan gəlirdi? Mənim özümə də pul veriblər. Bu barədə prokurorluğa məlumat vermişəm. Eldar Namazov və Əli Kərimli kimilər vətən xaini kimi ömürlük həbs olunmalıdırlar".
Bəli, bütün bu fikirlərdən aydın olur ki, Əli Kərimli özünü müdafiə etməyə çalışsa da, haqqında deyilənləri təkzib edə bilmir. Əksinə, söylədiyi hər fikir onun əleyhinə işləyir. Məhz bu səbəbdən də AXCP-də ciddi narazılıq yaranıb. Partiya üzvləri xərclənən pulların hesabatını tələb edir. Yayılan məlumatlarda bildirilir ki, partiya sədri məsələ ilə bağlı tutarlı faktlar və əsaslar göstərməsə, AXCP-də ciddi etiraz dalğası və istefalar başlayacaq. Hətta məlumatda qeyd edilir ki, prezident seçkilərindən sonra bu partiyada müavinlərin də istefası gözlənilir. Yəni ya Əli Kərimli partiyanın adına ləkə gətirməmək üçün kreslosunu təhvil verməli və ya müavinlərini, partiyadaşlarını itirməlidir. Çünki 20 ildir hakimiyyət uğrunda "mübarizə" aparan, öz liderini zəhərləməkdə ittiham olunan AXCP sədri Əli Kərimlinin xəyanətləri günbəgün üzə çıxır.
Alı