Mişel Platinidən Blatterə ağır sözlər
Mişel Platinidən Blatterə ağır sözlər

UEFA prezidenti: “FİFA Ronaldoya yarınmaq istəyib”

UEFA prezidenti Mişel Platini “Qızıl top” mükafatının səsvermə müddətini uzatdığı üçün FİFA-nı tənqid edib.
Qitə futbol qurumunun rəhbəri İspaniyanın “Marca” qəzetinə müsahibəsində FİFA prezidenti Jozeff Blatterin bununla aralarında soyuqluq yaranmış “Real”ın hücumçusu Kriştianu Ronaldoya yarınmaq istədiyini bildirib.
“FİFA-nın “Qızıl top” mükafatının səsvermə müddətini artırması ilə Ronaldonun İsveçlə pley-off görüşündə het-trik etməsi üst-üstə düşdü. Görünür, bununla FİFA Ronaldoya yarınmaq istəyib” – deyə, Platini bildirib.
Qeyd edək ki, FİFA “Qızıl top” nominasiyası üzrə qalibi müəyyənləşdirilməsi üçün səsvermənin son günü kimi noyabrın 15-i tarixi göstərilsə də, sonradan ötən ayın 29-dək uzadıldı.