Milli tolerantlığa zərbə, münaqişə ocaqlarının yaranması deməkdir
Milli tolerantlığa zərbə, münaqişə ocaqlarının yaranması deməkdir

Krım olayları milli tolerantlığın pozulması nəticəsində yaranan faciədir

Bu gün dünyanı narahat edən vacib məsələlərdən biri də milli tolerantlığın bəzi hallarda pozulmasıdır. Əslində milli tolerantlığın pozulması millətlərarası savaşların genişlənməsi , dövlətlərin parçalanması, münaqişə ocaqlarının sayının artması, terrorun inkişafı ilə tamamlanan bir olaydır. Aparılan araşdırmalarda sübut edir ki, son 50 ildə dünyanın müxtəlif bögələrində baş verən müharibələrin, münaqişələrin kökündə məhz milli tolerantlığın pozulmas durur.
Yəni hansısa güclər bir bölgədə münaqişə yaratmaq, dövlətlərin parçalanması siyasətini həyata keçirtmək üçün ilk növbədə həmin ərazidə milli tolerantlığa ağır zərbə vurur və bunun məntiqi davamı olaraq münaqişə yaranır. Elə götürəyin Dağlıq Qarabağ problemini. 1987-ci ildən başlayaraq öncə Dağlıq Qarabağda milli tolerantlığın pozulması istiqamətində addımlar atıldı. Bundan sonra kənar təsirlər pozulmaqda olan tolerantlığın ekstremizimlə əvəzlənməsi prosesinə start verdilər və son nəticədə münaqişə yaradıldı və Azərbaycan əraziləri işğal edildi. Ekspertlər hesab edir ki, ümumiyyətlə münaqişələrin yaranması üçün milli və dini amillərdən hər yerdə istifadə edilir və belə münaqişələr həddindən artıq uzun müddətli olur. Bu günlərdə isə milli tolerantlığın pozulması və bunun məntiqi davamı olaraq yeni münaqişənin yaranmasını Ukraynada, daha doğrusu Krımda gördük. Belə ki, Ukraynanın Avropa Birliyinə daxil olmağa hazırlaşdığını görən Rusiya qısa müddətdə Krımda milli tolerantlığa ağır zərbə vurdu. Ruslar,ukrayınlar və krım türkləri üz-üzə qoyuldu və nəticədə milli tolerantlıq ekstremizmlə əvəzləndi. Və bundan sonra növbəti mərhələ başladı. Belə ki, Krım Ali Sovetinin referendumun təşkili üzrə komissiyası protokolların 100 faizinin sayıldığını, əhalinin 96,6 faizinin Rusiyaya birləşməyə "hə" dediyini açıqlayıb. Rusiyaya birləşməyə səs verənlərin sayının 1 milyon 272 min 871 nəfər olduğu bildirilir. Komissiyanın rəhbəri Mixail Malışev bildirib ki, təkcə Sevastopolda səsvermənin nəticələri məlum deyil. Bununla belə nəticələrin prinsipial olaraq dəyişməyəcəyi aydındır.Referendumun nəticələri açıqlanan kimi Krım Ali Soveti Rusiyaya birləşmək barədə rəsmi müraciəti hazırlayaraq təsdiqləməyə başlayıb. Günün ikinci yarısında isə Rusiya Dövlət Dumasının nümayəndə heyəti Krımın Rusiya Federasiyasının tərkibinə daxil olmasına dair normativ aktların qəbul edilməsinə dair sonrakı addımları müzakirə etmək üçün Krıma gedəcək.Deməli artıq proseslər idarəolunmaz həddə çatıb və buna təsir edən amilərdən biri də Rusiyanın qəbul etdiyi bəzi qanunlardır. Əslində Rusiya qanunvericiliyində qonşu dövlətlərin ərazi bütövlüyünə zərbə vuracaq, milli tolerantlığı pozacaq, ekstremist ovqatın yaranmasına xidmət edəcək məqamlar var. Gəlin Rusiya qanunvericiliyinə görə, ölkənin tərkibinə daxil olmaq qaydalarına baxaq.
-Xarici dövlət Rusiya Federasiyasının tərkibinə daxil olmaq və müvafiq dövlətlərarası saziş bağlamaq üçün Rusiyaya müraciət edir;
-Rusiya prezidenti bu barədə Dövlət Dumasını, hökuməti məlumatlandırır, zəruri halda məsləhətləşmələr keçirir;
-Dövlətlərarası müqavilənin imzalanmasından sonra Rusiya prezidenti Konstitusiya Məhkəməsinə müraciət edərək bu müqaviləyə hüquqi qiymət verilməsini xahiş edir;
-Dövlətlərarası müqavilənin layihəsi Rusiya Federasiyasının yeni subyektinin adı, sərhədləri, statusu barədə federal konstitusiya aktı ilə birlikdə təsdiqlənmək üçün Dövlət Dumasına göndərilir;
-Hər iki sənəd qəbul olunduqdan sonra Rusiya Konstitusiyasının 65-ci maddəsinə müvafiq düzəliş edilir. Həmin maddə Rusiya Federasiyasının subyektlərini müəyyən edir.
Gördüyünüz kimi Rusiya bu bəndlərdən istifadə edərək istənilən an özü ilə sərhəd olan ölkələrin daxili stabilliyini alt-üst edə bilər. Həmçinin ekstremist qüvvələrdən yararlanaraq milli-dini tolerantlığın sıradan çıxarılması ilə yeni münaqişə ocaqları formalaşdıra bilər. Məsələn, kim təminat verə bilər ki, sabah Rusiya "Sadval" kimi ekstremist təşkilatı aktivləşdirməklə Azərbaycanın şimal bölgəsində münaqişə yaradıb Krım variantını burada da təkrarlamasın? Bunu da qeyd edək ki, 20 ildən çoxdur ki, Rusiyanın xüsusi xidmət orqanları Azərbaycanın şimal bölgəsində milli və dini münaqişə yaratmaq üçün addımlar atır və demək olar ki,milli və dini tolerantlığa zaman-zaman zərbələrdə vurub. "Sadval", "Meşə qardaşları" tipli təşkilatlarda bu baxımdan diqqətdən qaçmamalıdır. Digər tərəfdən isə Rusiya Dağlıq Qarabağ münaqişəsini də Krım təcrübəsi ilə zənginləşdirə bilər. Belə ki, Dağlıq Qarabağdakı ermənilər sabah referendimum keçirməklə Rusiyanın tərkibinə birləşmək istədiklərini bəyan edə bilər və bir günün içində Rusiya ordusunu Dağlıq Qarabağa yerləşdirə bilər. Qeyd edək ki, artıq bu istiqamətdə müəyyən çağırışlar səslənməyə başlanıb və bu proses olarsa durum daha da mürəkkəbləşəcək. Həmdə acı həqiqət budur ki, Rusiyanın bu manevrlərinə Qərb və ABŞ bir başa müdaxilə edə bilmir. Quru bəyanatlarla, Rusiyaya qarşı hansısa iqtisadi sanksiyalar tətbiq etməklədə nəyəsə nail olmaq mümkün deyil. Bu isə o deməkdir ki, hadisələr yenidən mürəkkəbləşə bilər. Maraqlı məqamlardan biri də budur ki, Rusiya regionda aktivləşərək milli və dini toqquşmaların əsasını qoyduğu bir zamanda Azərbaycanda radikal dini qruplaşmalarda aktivləşdilər. Əslində bu heç də təsadüfi hesab olunmur və ehtimal edilir ki, əslində bununla da Azərbaycanda paralel olaraq dini tolerantlığın pozulmasına da cəhdlər edilir. Acınacaqlı hal isə budur ki, bu qüvvələrə qarşı nə qədər mübarizə aparılırsa onlara kənardan dəstək, mənəvi və maddi dayaqların sayıda o qədər artırılır. Bu gün Qərb və ABŞ bir tərəfdən radikal dini qruplaşmalara qarşı mübarizə aparırısa bu biri tərəfdən hazırladıqları hesabatlarda Azərbaycanı radikal dini qruplaşmaları nəzarətə götürməkdə ittiham edirlər. Bu ikili yanaşma isə sözsüz ki, proseslərə mənfi təsir edir.Bunu da xatırladaq ki, hazırda Rusiya Azərbaycana və Gürcüstana təzyiqlərini ciddi şəkildə artırmağa hazırlaşır. Bu hazırlıq isə Azərbaycan üçün Dağlıq Qarabağ, Gürcüstan üçün isə Osetiya probleminin gündəmə gəlməsdi deməkdir. Bu arada aydın oldu ki, Rusiya bu tip münaqişələrə yanaşmasınıda dəyişib. Dünənə qədər millətlərarası münasibətləri gərginləşdirməklə Dağlıq Qarabağ kimi bölgələr yaradır və onların müstəqil subyekt kimi qalmasına çalışırdısa indi artıq bu cür nöqtələri özünə birləşdirməyə start verdi. Ekspertlər hesab edir ki, Rusiya ilk növbədə Osetiyanı tərkibinə birləşməsi məsələsini gündəmə gətirəcək. Çünki Gürcüstanla münasibətlər kifayət qədər gərgindir və Rusiya Gürcüstanı bağışlamaq niyyətində deyil. Maraqlıdır, bəs bunun qarşısını necə almaq olar? Hesab edilir ki,ilk növbədə beynəlxalq güclərin aktivliyini təmin etmək lazımdır. Bununla paralel olaraq daxildə stabilliyin qorunmasını təmin etməli və milli-dini tolerantlığa zədə vura biləcək ekstremist qruplaşmalara qarşı ən sərt şəkildə mübarizəyə start verilməlidir. Dağlıq Qarabağ probleminə gəldikdə isə beynəlxalq güclər bilməlidir ki, Krım variantı Dağlıq Qarabağda da təkrarlanarsa Qərb və ABŞ bir dəfəlik regiondakı
dayaqlarını itirəcək. Nəticədə qərb enerji təhlükəsizliyini də əldən vermiş olacaq. Bunu da qeyd edək ki, əslində Rusiyanın belə manevr etmə imkanları qazanması elə Qərblə ABŞ-in həyata keçirtdiyi ikili yanaşmanın nəticəsidir. Demokratiya carçısı kimi özünü təqdim edən bu güclər əslində svilizasiyaların toqquşmasını gündəmə gətirməklə dünyada milli və dini tolerantlığa ağır zərbə vurdular. Radikal dini qruplaşmalara zamanında imkanlar yaratmaqla dini müstəvidə çıxılmaz vəziyyət formalaşdırdılar. Bu gün isə Rusiya məhz bu faktorlardan istifadə edərək prosesləri öz istəyinə uyğun inkişaf etdirir. Buna görə ilk növbədə qərb və ABŞ ikiliyanaşmadan imtina etməli və reallığı görməlidir. Görün nə qədər gülməli faktdır ki, Azərbaycanda milli zəmində zərrə qədərdə olsa problem görünməsədə hazırladıqları əksər hesabatlarda süni şəkildə Azərbaycanda milli ayrıseçkiliklə bağlı bəndlər olur. Bu isə bir müddətdən sonra milli ekstremizmin inkişafına acı təsirini göstərir. Çünki Əlikram Hümbətov, erməni lobbisinin nəzarətində olan güclər bundan istifadə edərək real problemlər yaradırlar. Ən gülməli başqa bir məqam isə budur ki, beynəlxalq təşkilatlarda bəzən milli azlıqların toplantısı keçirilir və Azərbaycanda incidildiklərini bəyan edirlər və aydın olur ki, əslində bu şəxslərin heç biri Azərbaycan vətəndaşı belə deyillər.