Krım Tatar Milli Məclisi başqanının atasının meyiti yaşadığı evdə tapıldı
Krım Tatar Milli Məclisi başqanının atasının meyiti yaşadığı evdə tapıldı

Dünən Ukrayna vaxtı ilə saat 16 radələrində Krım Tatar Milli Məclisinin başqanı Refat Çubarovun atası Abdurrahman Çubarovun meyiti yaşadığı evdə tapılıb.
Bu barədə R. Çubarovun yaxınları məlumat verib. Onların bildirdiklərinə görə, 84 yaşlı A. Çubarov ailə üzvləri ilə birlikdə doğulub böyüdüyü Pri-volnaya kəndində yaşayıb. Bu kənd Simferopoldan 130 kilometr məsafədə yerləşir.
Hüquq-mühafizə orqanları A. Çubarovun ölümünün səbəbini araşdırırlar.
Onun dəfninin sabah Pri-volnaya kəndində keçiriləcəyi, dəfn mərasimində bəzi Rusiya rəsmilərinin iştirakının da gözlənildiyi bildirilib.